Ərdoğan Makronla nə barədə danışdı?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, fransız həmkarı Emmanuel Makronla müvəffəqiyyətli danışıqlar aparıb.
Bu barədə İçxəbər xarici mətbuata istinadən xəbər verir.
“Biz fransız həmkarım Makronla çox yaxşı danışıqlar apardıq, ikitərəfli münasibətləri, regional və beynəlxalq problemləri müzakirə etdik”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri ölkələr arasında münasibətlərin böyük potensialı olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, rəsmi Ankara Parislə, o cümlədən terrorizmlə mübarizə məsələsində həmrəylik nümayiş etdirəcək.