Netanyahu İranın İsrail gəmisinə hücum etdiyini açıqladı

İsrailin baş naziri Benyamin Netanyahu İranı gəmiyə hücumda günahlandırdı.
İÇXƏBƏR yeniavaz-a istinadla xəbər verir ki, Netanyahu verdiyi açıqlamada İranın Umman Körfəzindəki İsrail gəmisinə hücum
etdiyini deyib. İranın Xarici İşlər Nazirliyi isə bu iddianı rədd edib. İran XİN-nin mətbuat xidmətinin rəsmisi Səid Xətibzadə “biz
ittihamları qəti şəkildə təkzib edirik, eyni zamanda İsrailin İranın təhlükəsizliyinə qarşı bütün hərəkətlərini izləyirik”, – deyə bildirib.