Şahzadə Harri krallıqdan hansı səbəbdən ayrıldığını açıqladı

İngiltərə kraliçası II Yelizavetanın nəvəsi Harri nəhayət ki, hansı səbəbdən kral ailəsindən ayrılmasının səbəbini açıqlayıb.
İçxəbər xarici KİV-lərə istinadən bildirib ki, kraliça II Yelizavetanın nəvəsi Harri və həyat yoldaşı Meqan Marklın kral
ailəsindən ayrılması həm İngiltərə, həm də dünya mediasında maraqla izlənilir.
Cütıük kral ailəsindən ayrılaraq, öz qazancları hesabına yaşamaq qərarına gəliblər. Lakin bu günə qədər cütlüyün
krallıqdan ayrılması ilə bağlı müxtəlif iddialar səsləndirilir.
Harri nəhayət ki, səssizliyini pozaraq, məsələ ilə bağlı "The Late Late Show" tok-şousunun aparıcısı Ceyms
Kordenə danışıb: "Hamımız İngiltərə mətbuatının necə ola biləcəyini bilirik və bu mənim zehni sağlamlığımı pozurdu".
Xatırladaq ki, şahzadə Harri və xanımı Meqan Markl 2020-ci ilin yanvarında kral ailəsindən ayrıldıqlarını elan
ediblər. Hazırda cütlük ABŞ-ın Los-Anceles şəhərində yaşayır.