Nigeriyada məktəbə hücum, 317 qız şagird qaçırıldı

Nigeriyanın Zamfara əyalətində məktəbə hücum olunaraq 317 qız şagird qaçırılıb.
Bu barədə vali Bello Məhəmməd Matavelle məlumat yayıb.
Qeyd olunub ki, hadisədən sonra yataqxanadan ibarət bütün məktəblər bağlanıb. O, qaçırılan şagirdlərin xilas olunması istiqamətində işlərin görüldüyünü bildirib.
M. Matavelle qeyd edib ki, 7 nəfər oğruların əlindən qaça bilib. Hazırda qızların vəziyyəti yaxşıdır.