İran və Rusiya bu tarixdə hərəkətə keçir

İran və Rusiya Hind okeanının şimalında ortaq hərbi təlim keçirməyə hazırlaşır.
İÇXƏBƏR-in publika.az-a istinadən məlumatına görə, bu barədə İran Ordusunun Koordinasiya Mərkəzinin sədri kontr-admiral Həbibullah Səyyari məlumat verib.
Təlimin Hind okeanının şimalında təhlükəsizliyin qalıcı olması üçün baş tutacağını söyləyən Səyyari – “Rusiya donanmasının İran Hərbi Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu ilə birlikdə keçirəcəyi təlimlər açıq mesaj daşıyır. Ölkəmiz inqilabdan bəri bir çox təhdidlə qarşı-qarşıya qaldı və düşmənlərimiz müxtəlif planlar hazırladı”, – deyə qeyd edib.
Hərbi təlimin ay ərzində baş tutacağı bildirilir. İran bundan əvvəl Rusiya və Çinlə 27-29 dekabr 2019-cu il tarixində Hind okeanının şimalında və Hörmüz boğazında birgə təlim keçirib.