Türkiyə beynəlxalq təşkilatlar və 20-dən artıq ölkədən səfirini geri çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 4 beynəlxalq təşkilatdakı daimi təmsilçisini və 22 dövlətdəki səfiri tutduğu vəzifədən azad edib.
İÇXƏBƏR xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin 26 ölkəyə yeni səfir təyinatları olub.
Eyni zamanda Türkiyənin İsraildəki səfiri Mustafa Kemal Ökdem tutuduğu vəzifədən azad edilib.
Mustafa Kemal Ökdem 2010-cu ildə Türkiyə ilə İsrail arasında baş vermiş “Mavi Mərmərə” böhranından sonra səfir təyin edilmişdi.