Qonşu ölkələrdə vəziyyət necədir?

Rusiyada son bir gündə koronavirusa 16 714 yoluxma faktı qeydə alınıb.
“İç xəbər” “worldometers”ə istinadən xəbər verir ki, son 24 saat ərzində 521 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 75 205 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 917 918 nəfər koronavirusa yoluxub. İndiyədək 3 389 913 nəfər sağalıb.
Gürcüstanda son 24 saat ərzində daha 583 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 260 480-ə çatıb.
Ölkədə sutka ərzində daha 19 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 3240-a çatıb. Ümumilikdə sağalanların sayı isə 251 748 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 147 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 167 568 nəfərə çatıb. Daha 11 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 3107-yə çatıb. Ümumilikdə sağalanların sayı isə 159 045 nəfərdir.