Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyə əhalisi 2020-ci ildə 459 min 365 nəfər artaraq 83 milyon 614 min 362 nəfərə çatıb.
“İç xəbər” xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.
Açıqlamada 1 yanvar 2020-ci ildə ölkə əhalisinin 83 milyon 154 min 997 olduğu və hazırda isə bu rəqəmin 83.6 milyonu keçdiyi qeyd olunub.
Əhali üzrə kişi və qadınların faiz nisbəti müvafiq olaraq 50,1% (41 915 985) və 49,9 % (41 698 377) təşkil edir.
Həmçinin son statistikaya görə, Türkiyədə son bir il ərzində şəhər əhalisinin faiz nisbəti artaraq 92,9 faizdən 93 faizə çatıb.