Qarabağda vurulan Arutunyana Ermənistanda vəzifə verildi

Qarabağdakı qondarma rejimin keçmiş “müdafiə naziri” olmuş Cəlal Arutunyan yeni vəzifə alıb.
"İç xəbər" xəbər verir ki, Arutunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin olunub.
Xatırladaq ki, Arutunyan 2020-ci il 27 oktyabrda Qarabağda gedən döyüşlərdə politsoz uçuş aparatı tərəfindən vurulmuşdu. Onun ölüm xəbəri yayılsa da, sonradan ağır xəsarət aldığı aydınlaşmışdı.