Senat Navalnı ilə bağlı Rusiyaya qarşı nə edəcək?

ABŞ-da respublikaçı senator Mitt Romni Rusiyada Aleksey Navalnının həbsinə məsul olan şəxslərə qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsi təqdim edəcək.
"İç xəbər"-in məlumatına görə, bu barədə senator özünün tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, qanun layihəsi bu həftə Senata daxil olacaq.
Qeyd edək ki, Moskvanın Simonovski məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin (FPX) müraciəti əsasında Aleksey Navalnı barəsində qəbul edilən şərti cəzanı azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirib və onu 3,5 il müddətinə azadlıqdan məhrum edib.