İranda koronavirusdan ölənlərin sayı 58110 nəfərə çatıb

İranda ötən sutka ərzində 6 820 nəfər koronavirusa (COVID-19) yoluxub.
"İç xəbər" xəbər verir ki, İranda indiyədək koronavirusa yoluxanların sayı 1 431 416 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 865 nəfərin vəziyyəti ağırdır.
İranda ötən 24 saat ərzində 72 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 58 110 nəfərə çatıb.
İranda indiyədək 1 223 197 nəfər koronavirusdan sağalıb, 9,39 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 124 rayon sarı, 306 rayon isə mavi zona hesab olunur.