Kabildə bombalı hücum təşkil edildi

Əfqanıstanın paytaxtı Kabildə bombalı hücum təşkil edilib.
"İç xəbər" xəbər verir ki, Kabul Polis İdarəsinin sözçüsü Ferdevs Faramarz mətbuata verdiyi açıqlamada hücumun Cuy Şir və Səlim Karvan bölgələrinə təşkil edildiyini diqqətə çatdırıb.
Bildirək ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.