Koçaryan Moskvaya gedir

Yerevan məhkəməsi eks-prezident Robert Koçaryanla bağlı yeni qərar verib.
"İç xəbər" Ermənistan KİV-nə istinadən xəbər verir ki, ona 3-8 fevral tarixlərində ölkəni tərk etmək hüququ tanınıb.
Konstitusion quruluşu devirməyə cəhddə ittiham olunan Koçaryan məhkəmə hökmü olmadan Ermənistanı tərk edə bilməz. Eks-prezidentin Moskvaya səfərə hazırlaşdığı xəbər verilir.