Dünyanın ən böyük buzlağı parçalanıb

Bir müddət əvvələdək Lüksenburqdan iki dəfə böyük olan və dünyanın ən böyük buzlağı sayılan A68A-dan böyük bir parça qopub.
4 ildə 5 min 800 kvadrat kilometrdən 2 min 450 kvadrat kilometrə düşən buz dağının qopan parçaları '”körpə buz dağları” meydana gətirir.
İngiltərə hökuməti ötən ay Cənubi Atlantikdən Cənubi Corciya Adasına sürüşən buz dağına bir araşdırma qrupu göndərib. Ancaq Antarktika Tədqiqat Vəqfinə məxsus gəmisinin bölgəyə çatana qədər araşdırmaq üçün bir şeyə sahib olmayacağına dair narahatlıqlar var.