Tbilisidə aksiyalar başladı

Tbilisidə ölkədə tətbiq olunan məhdudiyyətlərə görə etiraz aksiyası keçirilib.
"İç xəbər" yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları "Kurortları açın!", "Ölkəni açın!" şuarları səsləndirərək ölkədəki məhdudiyyətlərin götürülməsini tələb ediblər.
Bundan başqa sakinlər, sosial şəbəkələr vasitəsilə, ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağanın ləğvi tələbini dəstəkləyiblər.
Qeyd edək ki, bir müddət öncə Gürcüstan hökuməti paytaxtda metro, avtobus və marşrut taksilərinin fəaliyyətinin bərpasını ən azı bir ay təxirə salıb.