Çindən Türkiyəyə daha 6,5 milyon doza vaksin gətiriləcək

Bazar ertəsi Türkiyəyə koronavirus vaksinlərinin ikinci partiyasının birinci hissəsi çatdırılacaq.
"İç xəbər" yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
"Vaksinlərin ikinci hissəsi (6,5 milyon doza) ölkəmizə bazar ertəsi axşam gətiriləcək. Çatdırmalar alınma planına uyğun olaraq təşkil ediləcək ki, vaksinləmə proqramı fasilələrsiz həyata keçirilsin", - nazir qeyd edib.
Türkiyəyə növbəti tədarük çərçivəsində isə peyvəndlərin ümumilikdə 10 milyon dozası çatdırılacaq.
Qeyd edək ki, ilkin mərhələdə Çindən Türkiyəyə üç milyon doza “Sinovac” vaksini gətirilib. İndiyədək ölkədə 1 milyon 200 mindən çox insana peyvənd vurulub.