Trampın övladlarını gizli xidmət qoruyacaq

Bu barədə CNN-ə yüksək vəzifəli şəxslərdən biri məlumat verib.
Adı açıqlanmayan vəzifəlinin sözlərinə görə, Tramp bununla bağlı memorandum imzalayıb.
Ümumiyyətlə bu cür qoruma 16 yaşdan kiçik uşaqlara aid olur. Lakin, bu dəfə Trampın bütün övladları – Berron, İvanka, Donald, Tiffani və Erik də gizli xidmət tərəfindən qorunacaq.