Bu gün İrəvanda milli rüsvayçılığa qarşı aksiya keçiriləcək

Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryanın Azad edilməsi Komitəsinin üzvləri bu gün Yerevanda etiraz aksiyası keçirəcəklər.
Bu barədə "İç xəbər" teleqraf-a istinadən xəbər verir.
“Bu vəziyyət kimin üçün qəbuledilməzdirsə, milli rüsvayçılığa qarşı etiraz aksiyasına dəvət edirik. Aksiya yanvarın 19-da saat 12:30-da Şenqavit məhkəməsinin binası qarşısında başlanacaq”, – deyə Robert Köçəryanın Azad olunması Komitəsinin bəyanatında deyilir.
“Yanvarın 19-da guya Konstitusiya quruluşunun devirilməsi haqqında iş üzrə növbəti məhkəmə iclası olacaq. Cəfəngiyat davam edir. Dövlət maraqlarının xəyanəti sərhəd tanımır”, – deyə bəyanatda qeyd edilir.