Türkiyədə də benzinin qiyməti ARTDI

Türkiyədə də benzinin qiymətində artma müşahidə olunub.
"İç xəbər" Türkiyə mediasına istinadən xəbər verir ki,Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyindən verilən məlumata görə benzinin 1 litrinin qiyməti 11 kuruş (4,9 qəpik) bahalaşıb.
Qiymət artımına əsasən İstanbulda benzin 7.24 (1.66 azn), İzmirdə 7.30 (1.67 azn), Ankarada isə 7.29 (1.68 azn) lirədən hesablanacaq.