Makronun COVİD-19 peyvənd kampaniyası lağ obyektinə çevrildi

Fransada 27 dekabrda başlayan COVİD-19 peyvənd kampaniyasından 1 həftə keçməsinə baxmayaraq, cəmi 450 nəfərin vaksinasiya olması sosial şəbəkələrdə lağ obyektinə çevrilib.
"İç xəbər"
xəbər verir ki, fransızlar sosial şəbəkələrdə “Hindistan filmləri kimi asta”, “epidemiyanı da təəccübləndirdik”, “Fransa virusu gözündə böyütmədiyini göstərir” kimi paylaşımlar ediblər.
Qeyd edilib ki, Fransa Almaniya ilə eyni gündə vaksinasiyaya başlasa da, rəsmi Berlin artıq 230 mindən çox insanı peyvənd edib.