Türkiyə SİHA-ları müasir müharibədə çığır açan silahlardır.

Vətən müharibəsində Ermənistana ağır zərbələr endirən və döyüşün gedişatına ciddi təsir edən “Bayraktar”lar Avropa ölkələrini hərbi strategiyada dəyişiklik etməyə məcbur edib.
"İç xəbər" xəbər verir ki, İngiltərə “Bayraktar”lara elçi düşüb.
İngiltərənin Müdafiə naziri Ben Uollas bildirib ki, Türkiyə SİHA-ları müasir müharibədə çığır açan silahlardır.
O, ABŞ-dan “Protector”lar almaq əvəzinə Türkiyədə “Bayraktar” almaq istədiklərini qeyd edib.
O, həmçinin Dağlıq Qarabağda istifadə olunan “Bayraktar”ın artıq müharibələrin gedişatını dəyişdirdiyini və kiçik ölçüsü, asan istifadəsi və ucuzluğu səbəbindən ona üstünlük verildiyini qeyd edib.