ABŞ-da peyvənd olunan 112 yaşlı qadından ismarıc

112 yaşlı Vitti Hazel Plamer ABŞ-da koronavirusa qarşı peyvənd etdirən ən yaşlı sakin olub.
“Qafqazinfo” xəbər verir ki, Plamer 84 yaşlı oğlu ilə eyni anda peyvənd olunub.
Vaksin vurdurduqdan sonra o, “112 yaşındayam, mən belə peyvənd olundum, peyvənd olmaq üçün nəyi gözləyirsiniz?”,- deyə əlindəki yazılı lövhə ilə çağrış edib.
Qeyd edək ki, ABŞ-da son 24 saatda 246,180 nəfər yoluxmaqla, ölkədə yoluxma sayı 20,225,939-ə çatıb. Son bir gündə 4,304 nəfər ölüb.