Britaniyada rekord göstərici

Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə – 57 725 nəfər artıb."İç xəbər" bildirir ki, bu barədə “TASS” xəbər verib.
Ardıcıl beş gündür ölkədə aşkarlanan yoluxmaların sayı 50 mindən çoxdur.
Həmçinin qeyd olunur ki, son 24 saat ərzində ölkədə 445 nəfər COVID-19-un qurbanı olub.
Pandemiyanın başladığı vaxtdan indiyədək Britaniyada 2 599 789 nəfər koronavirusa yoluxub, 74 570 xəstə isə vəfat edib.