“İranla Türkiyə arasında anlaşılmazlıq aradan qaldırılıb” - İranın Ankaradakı səfiri

“İranla Türkiyə arasında anlaşılmazlıq aradan qaldırılıb”.
"İç xəbər" xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend “Twitter” hesabında yazıb.
Səfir paylaşımında Türkiyə və İran XİN başçılarının dünənki telefon söhbətində yanlış anlaşılmanın aradan qaldırıldığını qeyd edib: "Son zamanlar yaşanan yanlış anlaşılma aradan qaldırıldı və hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, daha da gücləndirilməsinin önəmi vurğulandı”.