“Beynəlxalq düzən idarə olunan xaosa doğru yuvarlanır” – Belarus prezidenti

Beynəlxalq düzən idarə olunan xaosa doğru yuvarlanır. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının dekabrın 2-də keçirilən sessiyasında bəyan edib.
«Artıq aydındır ki, bu, kütləvi informasiya vasitələrinin bizlərə sırımağa çalışdıqları kimi, narazılığın spontan təzahürü deyl. Beynəlxalq düzən necə deyərlər, idarə olunan xaosa doğru yuvarlanır. Qlobal oyunçuların yaxşı düşünülmüş və rejissorlaşdırılmış fəaliyyəti göz qabağındadır. Onlar bəzi hallarda heç kimlə, hətta öz xalqlarının maraqları ilə də hesablaşmırlar» - Lukaşenko bildirib və qeyd edib ki, Covid-19 pandemiyası beynəlxalq münasibətlərdəki problemləri nəinki mürəkkəbləşdirib, həm də xüsusi münaqişələri daha da kəskinləşdirib və onlar dünyanı bürüyən kütləvi sosial münaqişələrə çevriliblər.
Onun sözlərinə görə, görünən odur ki, qərb cəmiyyətlərində vətəndaş azadlıqları və milli təhlükəsizlik maraqları arasında universal balans hələ də tapılmayıb.
«Görünür, məhz buna görə də beynəlxalq ictimaiyyətə ikili standartlar daha həyasızcasına sırınır. Başqa sözlə, bir tərəfdən qərb hakimiyyətlərinin etirazlara həddən artıq sərt reaksiyası və ümumilikdə qeyri-populyar dövlət siyasəti obyektiv qaçılmazlıq kimi təqdim olunur. Digər tərəfdən, başqa ölkələrin stabil inkişaf, qanunçuluq və nizam-intizamın qorunub saxlanması istiqamətindəki tədbirləri diktatura və despotizm kimi qələmə verilir. Baxmayaraq ki, bu tədbirlər onların özlərində olandan dəfələrlə zəifdir» - Belarus lider qeyd edib.
Bununla yanaşı, o, bildirib ki, bu cür hibrid təsir manipulyasiyaları və rəngli inqilablar adi hala çevrilib.
«Üstəlik də burada hər-hansı rəngli inqilablar yoxdur, onlar adicə qiyamdır» - Lukaşenko əlavə edib.
Bundan başqa, Belarus prezidenti qeyd edib ki, dünya növbəti dəfə nəzarət olunmayan silahlanma yarışının astanasındadır.
"İç xəbər"