Merkel COVID-19 vaksininin ölkəyə gətiriləcəyi vaxtı açıqlayıb

Kansler Angela Merkel Almaniyaya gətiriləcək koronavirus peyvəndinin vaxtını açıqlayıb.
"İç xəbər" “CNN Türk”ə istinadən xəbər verir ki, kansler bu haqda parlamentdəki çıxışı vaxtı məlumat verib. Merkel
bildirib ki, peyvənd yeni ildən əvvəl onların əlində ola bilər.
Kansler, Almaniyada koronavirusun yayılmasını yavaşlatmaq üçün hazırlanmış məhdudlaşdırıcı tədbirlərin ən azı
dekabrın sonuna qədər həyata keçirilməli olduğunu qeyd edib. Peyvəndlərin vurulması prosesindən danışan Merkel,
Yeni il ərəfəsinə işarə edib.
Qeyd edək ki, Almanyada ümumilikdə 979 min 666 nəfərdə yoluxma halı qeydə alınıb, 15 min 288 nəfər isə dünyasını
dəyişib.