Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra
senatorlar səslərini geri götürüb.
"İç xəbər" qətnaməyə səs verən senatorlar Férat Françoise, Philippe Bonnecarrière, Alain
Duffourg, Évelyne Perrot, Nadia Sollogoub səslərini geri götürərək bitərəf olduqlarını bildiriblər. Anne-Catherine
Loisier, Hervé Maurey və Jean-Pierre Moga isə səslərini geri götürərək, ümumiyyətlə, səsvermədə iştirak etməkdən imtina
etdiklərini bildiriblər.
Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.
Xatırladaq ki, qətnamə layihəsi 305 səslə qəbul olunmuşdu. İndi qətnaməyə səs verən senatorların sayı 297 olub.
Qeyd edək ki, Fransa XİN Senatın Qarabağla bağlı qətnaməsini pisləyib.