Vyanada matəm elan olundu

Avstriyanın paytaxtı Vyanada üç günlük matəm elan olunub.
"İç xəbər" xəbər verir ki, hökumət dünən törədilən terror hücumu nəticəsində dünyasını dəyişənlərin xatirəsinə ehtiram olaraq belə bir addım atıb.
Ölkə ərazisində noyabrın 3-dən 5-dək matəm elan edilib.
Qeyd edək ki, terror aktı nəticəsində 4 nəfər ölüb, 15 vətəndaş yaralanıb.