Ermənistan XİN rəhbəri Moskvaya getdi

Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Rusiyaya səfər edib.
"İç xəbər" Rusiya KİV-nə istinadən xəbər verir ki, Mnatsakanyanın səfəri qısa xaraker daşıyacaq.
Səfər zamanı onun rusiyalı həmkarı Sergey Lavrovla görüşməsi gözlənilir. Görüşdə Qarabağda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı yaranmış yeni situasiya müzakirə olunacaq.