ABŞ-ın Boston şəhərində Ermənistanın işğalçı hərəkətləri ilə bağlı plakatlar yayıblar

Xarici ölkələrdə yaşayan azərbaycanlılar işğalçı Ermənistana kəskin etirazlarını bildirmək məqsədilə dünyanın iri şəhərlərində müxtəlif
aksiyalar keçirirlər.
Belə aksiyalardan biri də ABŞ-ın Boston şəhərində həyata keçirilib. Massaçusets ştatında yaşayan soydaşımız Həmid Rəhimlinin təşəbbüsü
ilə şəhərin müxtəlif mərkəzi küçələrində 200-ə qədər plakatlar yerləşdirilib. Bu plakatlarda Ermənistanın baş nazirinin Dağlıq Qarabağdakı
qondarma rejimin başçısı ilə birlikdə Azərbaycanın mülki əhalisinin, o cümlədən körpə uşaqların qatili olduqlarını sübut edən şəkillər,
"Ermənistanı dayandırın!", "Ermənistanın təcavüzünə son qoyulsun!" və s. şüarlar əks olunub.
Bu addımla həmvətənlərimiz bostonluların diqqətini Ermənistanın ölkəmizə qarşı işğalçı, təcavüzkar və terror siyasətini dövlət səviyyəsində
həyata keçirməsinə, bütün beynəlxalq hüquqları və bəşəri dəyərləri kobudcasına pozmasına, təkcə cəbhə zonasında deyil, Azərbaycanın
cəbhə bölgəsindən uzaq şəhər və rayonlarında da mülki vətəndaşları yaşamaq haqqından məhrum etməsinə cəlb edib.
"İç xəbər"