Rusiya Xarici İşlər naziri “Avropa Birliyi ilə əlaqələri kəsə bilərik”

Əgər Brüssel Moskva ilə qarşılıqlı hörmətə dayanan bir dialoqun lazım olduğunu anlamırsa, Rusiya Avropa Birliyi ilə
əlaqəni dayandırmalı olacaq.
"İç xəbər" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Lavrov "AB-nin qəbuledilməz davranışı"na
nümunə
kimi Navalnı ilə bağlı vəziyyəti nümunə göstərib. Onun sözlərinə görə, AB Xarici Siyasət Şurasının iclasında Rusiyanın "Navalnının
başına gələnləri izah etmək şansından istifadə edə bilməməsi" ilə bağlı "didaktik maksimumlar" səsləndirilib.
"Avropa İttifaqının özünü tamamilə yersiz, qəbuledilməz bir şəkildə necə apardığına dair kifayət qədər təfərrüatlar var ki, onlara
varmayacağam", - Lavrov deyib və əlavə edib: Rusiya indi mövcud vəziyyətdə AB ilə "ən azı bir biznes" qurmağın mümkün olub-
olmadığını anlamaq istəyir.
Xatırladaq ki, əvvəllər Avropa diplomatiyasının rəhbəri Cozef Borel AB ölkələrinin Almaniya və Fransanın Navalnı olayına görə
Rusiya Federasiyasına qarşı sanksiya tətbiq etmə təklifini yekdilliklə təsdiqlədiklərini bildirib.
AB-yə görə, 20 avqustda Tomsk-Moskva təyyarəsində halı pisləşən Navalnı Noviçokdan zəhərlənib.