Atəşkəs razılaşmasının icrası müzakirə olunub

Oktyabrın 12-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvada ABŞ-ın Minsk qrupundakı həmsədri
ilə görüşüb, oktyabrın 10-da əldə olunmuş atəşkəs razılaşmasının icrası üçün mümkün addımları müzakirə edib.
Rusiya XİN həmin görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi təmsilçisi Anjey Kaspşikin iştirak
etdiyini bildirib.
Fransa XİN-in sözçüsü Anes von der Müll isə atəşkəsə qətiyyətlə əməl olunmasının zəruri və təcili olduğunu vurğulayıb.