Ermənistanın hərbi təcavüzünə son qoyulmalıdı Hulusi Akara

“Rusiyanın Müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akara zəng edərək Suriya və Liviyadakı durumla yanaşı Dağlıq Qarabağdakı
döyüşləri də müzakirə edib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğluna zəng etmişdi. Bir
gün Rusiya prezidenti Vladimir Putin eyni mövzunu müzakirə etmək məqsədilə Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğana zəng
edəcək”.
"İç xəbər" xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya
Müdafiə naziri Sergey Şoyqunın türkiyəli həmkarı Hulusi Akarla Dağlıq Qarabağdakı döyüşləri şərh
edərkən deyib.
“Bütün bunlar ondan xəbər verir ki, Kremldə anlayırlar ki, Türkiyənin rəyi nəzərə almadan keçinmək mümkün olmayacaq. Türkiyə isə
Azərbaycanın tələbini qətiyyətlə təkrarlayır: Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və bu dövlət işğal etdiyi torpaqlardan çıxmalıdır!
Rusiyanın “Rossiya” televiziya kanalının ermənipərəst aparıcısı Solovyov dünənki verilişində Azərbaycanı Rusiyanın müdafiə naziri ilə
hədələyərək bunu demişdi: “Bakı Lavrovla razılığa gəlməsə, Şoyqu ilə razılığa gəlmək məcburiyyətində qalacaq”.
Şoyqunun istəyini yerinə yetirmək tarixdə – 2016-cı ildə qaldı, 4 il keçib, bölgədə artıq Türkiyə var və həmin Şoyqu telefonda Hulusi Akarın bu
sözlərini dinləmək məcburiyyətindədir: “Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün
Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq” – deyə politoloq qeyd edib.