Ermənistanın keçmiş hərbi komissarı general-mayor Levon Stepanyan belə deyib.

"Son illərdə iki dəfə - 2016-cı ilin aprelində və indi – Azərbaycanın pilotsuz təyyarələrdən aktiv istifadəsi
ilə qarşılaşdıq. Mütəxəssislərimiz bütün bunlardan çox şey öyrənməli olacaqlar”.
"İç xəbər" xəbər verir ki, Ermənistanın keçmiş hərbi komissarı, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin
keçmiş müavini general-mayor Levon Stepanyan belə deyib.
Onun fikrincə, xüsusilə son döyüşlərin təhlili erməniləri yeni kadr hazırlığı baxımından bir çox şeyi yenidən
nəzərdən keçirməyə məcbur etməlidir:
“20-30 il əvvəl hərbçilər önümüzdəki zamanlarda zirehli texnika və təyyarələrin döyüş sahəsindəki hər şeyə
qərar verəcəyinə qətiyyətlə inanırdılar. Buna görə 80-ci illərdə zirehli texnika fəal şəkildə inkişaf etdirildi və
təkmilləşdirildi. Ancaq indi güclü tank əleyhinə silahlar və silahlı pilotsuz təyyarələr zirehli texnikaları asanlıqla
sıradan çıxara bilir”.
Levon Stepanyanın fikrincə, ermənilər də yeni texnoloji silahlara yönəlməli və hər şeydən əvvəl bu sistemlərlə
işləyə biləcək mütəxəssislərin yetişdirilməlidirlər.
Amma artıq gecdir.