Vladimir Putin Donald Trampın dostu deyil.

Prezident Donald Trampın keçmiş milli təhlükəsizlik üzrə müşaviri Herbert R. McMaster maraqlı açıqlama ilə ölkə gündəminə düşüb. O deyib ki, ABŞ-ın Ali Baş Komandanı Rusiya prezidenti Vladimir Putinin “onun dostu olmadığını” etiraf etməlidir.
"İç xəbər" xəbər verir ki, McMaster CNN telekanalına müsahibə verib.
“Prezident Trampın sadəcə dərk etməsini istərdim … Vladimir Putin onun dostu deyil. Bu, özünü aldatmaqdır … Putin dünyada ən yalan danışan insandır” deyib.
McMaster xəbərdarlıq edib ki, Tramp və Respublikaçılar partiyasının liderlərinin Konqresdəki 2020-ci il seçkilərinin legitimliyini pozmaq cəhdləri Putinin lehinədir.
“Bu, sadəcə düz deyil… liderlərin məsuliyyətə cəlb edilməsi həqiqətən vacibdir, çünki bildiyiniz kimi, Putin cəmiyyətimizdə bu bölgüləri, şübhələri yaratmır, əslində onları gücləndirir”. Sabiq müşavir belə deyib.