Litva Tixanovskayanı Belarus prezidenti kimi TANIDI

Litva seymi Belarusun prezidenti kimi müxalifət nümayəndəsi Svetlana Tixanovskayanı tanıyıb.
"İç xəbər" xarici KİV-ə istinadən xəbər verir ki, Litva seymi Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenkonu “hakimiyyəti ələ keçirmiş qanunsuz lider” adlandırıb.
“Belarus xalqının prezident seçdiyi Svetlana Tixanovskayanın tələblərinin yerinə yetirilməsinə və onun təşəbbüsü ilə yaradılan Koodinasiya Şurasının yeganə qanuni orqan elan olunmasına çağırırıq”-deyə Litva seyminin qətnaməsində deyilir.