Erməni tələbələri Koçaryanı lağa qoydular

Ermənistanın eks-prezidenti Robert Koçaryanın gənclərlə görüş zamanı lövhədə yazı yazarkən buraxdığı qrammatik səhvlər gülüş mövzusu olub.
"İç xəbər" Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı Koçaryan lövhədə “qalib gənclik” sözlərini yazıb və bu qısa ifadədə 2 qrammatik səhvə yol verib.
Sosial şəbəkələrdə Koçaryanın yazılı erməni dilini bərbad formada bilməsi xeyli zarafatların yaranmasına səbəb olub.
Robert Koçaryan 2008-ci il 1 mart hadisələri zamanı etirazçıların ölümü ilə bağlı istintaqa cəlb olunub.