Antonio Banderas COVID-19-dan sağaldı

İspaniyalı məşhur aktyor Antonio Banderas COVID-19-dan sağalıb.
"İç xəbər" xarici mediaya istinadən xəbər verir ki, bunu aktyorun özü sosial şəbəkələrin birində qeyd edib.
“21 günlük ciddi karantin rejimindən sonra deyə bilərəm ki, bu xəstəliyə qalib gəldim. Mən sağaldım. Mən hər zaman bu xəstəlikdən əziyyət çəkənləri düşünmüşəm. Dözümlü olun və virusa qalib gəlin”, – deyə Banderas öz feysbuk səhifəsində yazıb.