Tixanovskayanın etibarlı nümayəndəsi sərbəst buraxıldı

Belarus hüquq-mühafizə orqanları müxalifətin prezidentliyə vahid namizədi Svetlana Tixanovskayanın etibarlı nümayəndəsi Oleq Moiseenkonu sərbəst buraxıb.
"İç xəbər" xəbər verir ki, bu barədə Tixanovskayanın seçki qərargahının Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, O.Moiseenko Belarusda keçirilən prezident seçkilərindən bir gün əvvəl, avqustun 8-də saxlanılmışdı.