Suriyada rusiyalı general öldürülüb

Deyr əz-Zor şəhərinin mühasirəsinin yarılması zamanı Suriya ordusuna yardım edən rusiyalı general-leytenant Valeri Asapov İŞİD-in hücumu nəticəsində ölüb.
İnterAz xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.
Bildirilib ki, Asapov İŞİD-in qəfil hücumu nəticəsində ölümcül yara alıb. Nazirlikdən verilən məlumatda generalın ölümündən sonra yüksək dövlət mükafatına layiq görüldüyü də qeyd edilib.