İŞİD-in “qəssabını” gəbərtdilər

Əfqanıstanın Nəngərhar vilayətində İŞİD-in Xorasan üzrə kəşfiyyat dəstəsinin rəisi Əsədullah Orukzey öldürülüb.
"İç xəbər" bildirir ki, bu barədə TOLO News Əfqanıstan Milli Təhlükəsizlik direktorluğuna istinadən məlumat yayıb.
Bildirilir ki, Əsədullah Orukzey avqustun 1-də axşam keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib. İŞİD üzvünün ölümünü təsdiqləyib.
Məlumata görə, Ə.Orukzey Əfqanıstanda törədilən qanlı terror aksiyalarının və qurum daxilindəki qəriblərə qarşı mübarizənin təşkilatçısı olub. Buna görə də "İŞİD-in qəssabı" ləqəbini alıb.