Putindən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin bu gün keçirilən iclasında MDB ölkələri ilə münasibətləri, xüsusən də Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
"İç xəbə"in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
İclasda müdafiə naziri Sergey Şoyqu, Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının spikerləri Valentina Matvienko və Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici işlər naziri Sergey Lavrov, FTX direktoru Aleksandr Bortnikov, XKX rəhbəri Sergey Narışkin, ətraf mühitin qorunması, ekologiya və nəqliyyat üzrə prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.