Çeçenistana gələn vətəndaşlar üçün karantin ləğv edildi

Çeçenistan rəhbəri Ramzan Kadırov regional operativ qərargahın iclasında respublikaya gələnlər üçün iki həftəlik karantin tələbinin ləğv edilməsini tapşırıb.
"İç xəbər" “İnterfaks”a istinadən xəbər verir ki, Kadırovun sözlərinə görə, artıq respublikanın inzibati sərhədini keçmək üçün test nəticələrini göstərmək kifayətdir. Əgər nəticələr yoxdursa, onlar yerində testdən keçiriləcəklər.
Kadırov, həmçinin iyulun 5-dən etibarən Çenistanda yeni məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı yayılan məlumatları şayiə adlandırıb.
“Bunlar sadəcə şayiədir. Ümumiyyətlə, epidemioloji vəziyyət tam nəzarət altındadır”, - o, qeyd edib.