Güclü zəlzələ Türkiyə Manisa şəhərinin Saruhanlı rayonunu sirkələdi

Yeraltı təkanlar yerli vaxtla saat 10:21-də (Bakı vaxtı ilə 11:21) qeydə alınıb. Zəlzələnin episentri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib.
BAKI, 26 iyun – "İç xəbər" Türkiyənin Manisa, İstanbul, Bursa, İzmir və Çanaqqala şəhərlərində 5,5 bal gücündə zəlzələ olub.
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 10:21-də (Bakı vaxtı ilə 11:21) qeydə alınıb.
Zəlzələnin episentri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib.
Dağıntı və itkilər barədə məlumat verilmir.