Rusiyanın Polşaya cavabı gecikmədi...

Varşava illərdir ki, Moskva ilə ikitərəfli münasibətləri korlamağa çalışıb.
İç xəbər info axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanı İkinci Dünya müharibəsinin səbəblərini təhrif etməkdə günahlandıran Polşa xarici siyasət idarəsinə cavab olaraq Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib.
“Aqressiv ritorika, faşizmə qarşı mübarizə aparanların abidələrinin sökülməsi, Avropa Şurasının Rusiya əleyhinə sanksiyalar qəbul edilməsində müstəsna rol buna bariz misallardır”, – deyə diplomat bildirib.