Ikinci tur seckilər ola bilər Əfqanıstanda

Əfqanıstanda prezidentliyə namizədlərdən heç biri birinci turda qalib gəlmək üçün kifayət qədər səs toplamadığından ikinci tur olacaq. Bu barədə Əfqanıstan Şəffaf Seçki Fondundan (TEFA) RİA Novosti agentliyinə xəbər verilib.
Xatırladaq ki, sentyabrın 28-də Əfqanıstanda prezident seçkiləri keçirildi. Səsvermə, radikal Taliban qruplaşmasının səsverməni pozmaq niyyəti barədə açıqlaması fonunda gücləndirilmiş təhlükəsizlik tədbirləri rejimində baş tutdu. Ancaq əvvəlki iki həftədə baş verənlərə bənzər böyük hücumlar olmadı.
Seçkilərdə 15 namizəd iştirak edib.