Jurnalistdən xəbər var, Yuliya Yuziki azad edib.

İran hökuməti rusiyalı jurnalist Yuliya Yuziki azad edib. Bu barədə Rusiyanın Tehrandakı səfirliyi xəbər verib.
Oktyabrın 10-də sübh tezdən o, “Aeroflot” reysi ilə Moskvaya qayıdıb. Təyyarə səhər saat 6-da Şeremetyevo aeroportunda eniş edib.
Xatırladaq ki, rusiyalı jurnalist Yuliya Yuzik sentyabrın 29-da İrana dəvətlə gedib. Lakin aeroportda naməlum səbəblərdən pasportu əlindən alınıb, oktyabrın 2-də isə oteldən həbs olunub.
Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi RİA Novostiyə bildirilmişdi ki, qohumlarının mümkün problemlərdən danışmalarına baxmayaraq, Yuzikin özü səfirliyə İslam Respublikasında ola biləcək problemlər və ya pasportun müsadirəsi ilə bağlı məlumat verməyib.
Bazar ertəsi günü İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbii mətbuat konfransı zamanı rusiyalı jurnalistin saxlanmasının İsrail casusluğu ilə əlaqəli olmadığını, viza ilə bağlı problemlərin olduğunu bildirib.