Sərhədlər açıldı

İŞİD terror təşkilatının işğalı ilə əlaqədar 2014-cü ildən bağlanan Suriya və İraq arasındakı sərhəd qapısı 5 illik fasilədən sonra açıldı.
Yerli mənbələrə görə, Suriyanın şərqindəki Deyr əz-Zor şəhərinin Elbukamal bölgəsindəki və İraq ərazisindəki Qaim sərhəd keçidləri bərpa edilib.
2017-ci ilin noyabrında Bəşər Əsəd hökuməti Elbukamalı terrorçulardan təmizləyib.