Rusiyada ailə faciəsi baş verib

Rusiyanın Moskva şəhərində bir mənzildə çıxan yanğın faciə ilə nəticələnib. Məlumata görə, yanğınsöndürənlər evə girməyə çalışdığı müddətdə onlar 7 yaşlı övladlarını kəndirlə endiriblər, sonra isə özləri pəncərədən tullanıblar. Kişi elə hadisə yerində keçinib, qadın isə təcili yardımla xəstəxanaya aparılıb.
Baş verənlərdə ən qəribə məqam var isə, mənzilin qapısının arxasına mebel qoyulması olub.
Hazırda yanğının səbəbi və hadisənin bütün təfərrüatları öyrənilir.