i Vladimir Zelenski yeni qanun imzalayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski “Ölkə prezidentinin vəzifədən uzaqlaşdırılmasının (impiçment) xüsusi proseduru haqqında” qanunu imzalayıb.
Bu barədə Ukrayna Ali Radasının saytında məlumat verilib.
Qanun dövlətə xəyanət və ya digər cinayət törədildiyi təqdirdə, impiçment halında prezidentin səlahiyyətlərinə xitam verilməsi imkanını təmin edir.
Qeyd edək ki, sentyabrın 10-da Ukrayna Ali Radası “Ölkə prezidentinin vəzifədən uzaqlaşdırılmasının (impiçment) xüsusi proseduru haqqında" (№ 1012) qanun layihəsini təsdiqləyib.